Yunanıstanda meşә yanğınları sәbәbindәn bәzi kәndlәr boşaldılıb

Yunanıstanın bir çox bölgəsində baş verən meşə yanğınları səbəbindən bəzi kəndlərin və bir otelin boşaldıldığı bildirilib.

1851985
Yunanıstanda meşә yanğınları sәbәbindәn bәzi kәndlәr boşaldılıb

 

Yunanıstanın bir çox bölgəsində baş verən meşə yanğınları səbəbindən bəzi kəndlərin və bir otelin boşaldıldığı bildirilib.

Patra yaxınlığındakı Amfissa bölgəsində, İon dənizindəki  Zakintos adasında, Mora yarımadasındaki Kranidi bölgəsindә, Afinanın şimalındakı  Şimatari bölgəsində, Saloniki yaxınlığındakı Aynoroz yarımadasında  və ölkәnin qәrbindәki İleyya şəhərində baş verәn meşə yanğınlarının söndürülmәsi istiqamәtindә işlәr davam etdirilir. Yanğının söndürülmәsi güclü külәk sәbәbindәn çәtinlәşib.

Mülki Müdafiə İdarəsinin göstәrişi  ilə bəzi kəndlərin vә Kranididәki bir otelin boşaldıldığı bildirilib.Oteldә qalanlar tәhlükәsiz bölgәyә köçürülüb.

Yanğınlara müdaxilə edən yanğınsöndürmə briqadası güclü külək səbəbindən yanğının  bu gün də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr