A. Kakabaveh Ann Lindeyə qarşı cinayət işi qaldırıb

İsveçdə separatçı terror təşkilatı YPG/PKK tərəfdarı olan müstəqil millət vəkili Amineh İsveçin cinayətkarları Türkiyəyə təhvil verəcəyi ilə bağlı maddənin də araşdırılmasını istəyib.

1851828
A. Kakabaveh Ann Lindeyə qarşı cinayət işi qaldırıb

İsveçdə separatçı terror təşkilatı YPG/PKK tərəfdarı olan müstəqil millət vəkili Amineh Kakabaveh İsveç, Finlandiya və Türkiyə arasında imzalanan üçtərəfli memorandum mövzsunda ortaya qoyduğu mövqeyə görə İsveçin xarici işlər naziri Ann Lindeyə qarşı cinayət işi qaldırıb.

Ölkənin rəsmi xəbər agentliyi "TT"-nin xəbərində Kakabavehin ötən həftə İspaniyada keçirilən NATO Liderlər Zirvəsi öncəsi İsveç, Finlandiya və Türkiyə arasında imzalanan üçtərəfli memorandumun "qanunsuz" olması və xarici işlər naziri Lindenin səlahiyyətlərini pozduğuna dair cinayət işi qaldırdığı bildirilib. 

Xəbərdə İsveçin Türkiyəyə silah ixrac edəcəyi ilə bağlı verdiyi vəddən narahat olduğu qeyd edilən Kakabavehin İsveçin cinayətkarları Türkiyəyə təhvil verəcəyi ilə bağlı maddənin də araşdırılmasını istədiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr