İtaliyada buz təbəqəsinin çökməsi nəticəsində ölənlər olub

Alp dağlarının İtaliya hissəsində yerləşən Marmolada təpəsində buz təbəqəsinin sınması nəticəsində ilkin məlumatlara görə 6 nəfər ölüb.

1851246
İtaliyada buz təbəqəsinin çökməsi nəticəsində ölənlər olub

Alp dağlarının İtaliya hissəsində yerləşən Marmolada yüksəkliyində buz təbəqəsinin sınması nəticəsində ilkin məlumatlara görə 6 nəfər ölüb.

İtaliyanın "ANSA" agentliyinin verdiyi xəbərə görə, ölkənin şimal-şərqində yerləşən Alp dağlarının Marmolada bölgəsində böyük buz təbəqəsi çöküb.

Bölgədə başladılan axtarış-xilasetmə işlərinə qatılan qrupların ilk məlumatlarına görə, hadisə zamanı dağda olan bir qrup alpinistdən 6-sı həyatını itirib, 1-i ağır olmaqla 8 nəfər yaralanıb. 

Hadisə nəticəsində daha 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Axtarış-xilasetmə işlərinə 5 helikopterin dəstək verdiyi qeyd edilib.

Mətbuatda yer alan xəbərlərdə İtaliyanın bir müddətdir həddindən artıq isti hava və quraqlığın təsiri altında qaldığı vurğulanaraq, dünən (3 iyul) Marmolada təpəsində dağ zirvəsində temperaturun +10 dərəcə Selsiyə çatdığı qeyd edilib.

Marmoladanın zirvəsində yerləşən buzlaq "İtaliyanın ən böyük buzlaqlarından biri" kimi tanınır. İtaliyanın Padova Universitetinin alimləri 2020-ci ilin sentyabrında verdikləri açıqlamada Marmoladadakı buz kütləsinin 15 ildən sonra yox ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.



Әlaqәli Xәbәrlәr