Yair Lapid İsrailin Baş naziri vəzifəsinin icrasına başlayıb

İsraildə Naftali Bennet baş nazir vəzifəsinin icrasını koalisiya ortağı Yair Lapidə təhvil verib.

1850485
Yair Lapid İsrailin Baş naziri vəzifəsinin icrasına başlayıb

İsraildə parlamentin dünən (30 iyun) buraxılması və noyabrın 1-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın açıqlanmasından sonra Naftali Bennet baş nazir vəzifəsinin icrasını koalisiya ortağı Yair Lapidə təhvil verib.
Növbədənkənar seçki qərarının verildiyi gecə koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edən Lapid ölkənin 14-cü baş naziri oldu.

Lapid noyabrın 1-də keçiriləcək seçkilərə qədər ölkəyə müvəqqəti baş nazir kimi rəhbərlik edəcək.

İsrail qanunvericiləri dünən növbədənkənar ümumi seçkilərin keçirilməsi üçün Parlamentin buraxılmasını ehtiva edən qanun layihəsini qəbul ediblər.

Qanun layihəsi ilə erkən seçki tarixi də 1 noyabr 2022-ci il olaraq təsdiq edilib. Bu, təxminən 3,5 ildə İsraildə beşinci ümumi seçki olacaq.

Qeyd edək ki,  bir ilə yaxındır ölkəni idarə edən çoxpartiyalı koalisiya hökumətinin tərəfdaşlarından biri olan Bennet və Lapid iyunun 20-də axşam Parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etmək qərarına gəldiklərini açıqladılar.

Naftali Bennett iyunun 29-da seçkilərdə namizəd olmayacağını elan edib.



Әlaqәli Xәbәrlәr