Ukrayna Prezident Ofisi Rusiya ordusunun ilan adasından çıxmasına münasibət bildirib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Qara dənizdəki İlan adasından könüllü olaraq çıxdığı ilә bağlı  bəyanatı “yalan”dır.

1850661

Bu barәdә Andrey Yermak rәsmi Telegram kanalında bәyanat verib.

"İlan adasında artıq ruslar yoxdur. Ukrayna Silahlı Qüvvələri  hәyata keçirdiyi müvәffәqiyyәtli әmәliyyat nәticәsindә onları adadan çıxarıb",-deyә Andrey Yermak vurğulayıb.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujni də Ukrayna ordusunun hücumlarına tab gətirə bilməyən rus qoşunlarının İlan adasını tərk etmәk mәcburiyyәtindә qaldığını bildirib.

Ukrayna Silahlı Qüvvələrinin cənub bölməsi bundan əvvəl verdiyi mәlumatda Ukrayna ordusunun uğurlu əməliyyatı nəticəsində rusların  iki qayıqla İlan adasını tərk etdiklәrini bildirib.

Rusiya Müdafiə Nazirliyinin  verdiyi bәyanatda  deyilir: “Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”.

Әlaqәli Xәbәrlәr