Rusiya ordusu Odessaya raket zәrbәlәri endirib, 17 nәfәr ölüb, 31 nәfәr yaralanıb

Bu barәdә Odessa әyalәtinin Hәrbi İdarәsinin sözçüsü Sergey Bratçuk bildirib.

1850606
Rusiya ordusu Odessaya raket zәrbәlәri endirib, 17 nәfәr ölüb, 31 nәfәr yaralanıb

Rusiya ordusunun Ukraynanın Odessa әyalәtinә raket zәrbәlәri nәticәsindә 17 nәfәr ölüb.

Bu barәdә Odessa әyalәtinin Hәrbi İdarәsinin sözçüsü Sergey Bratçuk bildirib. O, Rusiya ordusunun Odessaya endirdiyi raket zәrbәlәri nәticәsindә 17 nәfәrin öldüyünü, 31 nәfәrin dә yaralandığını qeyd edib.

Sergey Bratçuk Rusiya ordusunun atdığı bir raketin yaşayış evinә düşmәsi nәticәsindә 14 nәfәrin öldüyünü, 30 nәfәrin dә yaralandığını bildirib. S.Bratçuk ikinci raket zәrbәsi nәticәsindә isә biri uşaq olmaqla üç nәfәrin öldüyünü, birinin dә yaralandığını qeyd edib. O, hücumların törәdildiyi bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının davam etdiyini vurğulayıb.

Qeyd edәk ki, Rusiya ordusu Fevralın 24-dә Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlamışdı.



Әlaqәli Xәbәrlәr