Filippinin yeni prezidenti Ferdinand Markos vəzifəsinin icrasına başladı

Filippində keçirilən prezident seçkilərində qələbə qazanan Ferdinand Markos and içərək vəzifəsinin icrasına başladı.

1850133
Filippinin yeni prezidenti Ferdinand Markos vəzifəsinin icrasına başladı

TRT-nin BBC-yə istinadla verdiyi xəbərə görə Markos Milli Muzeyin binasında təşkil edilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Bildirilir ki, sabiq prezident Rodriqo Duterte mərasimdən əvvəl Marcosu Malacananq sarayında qəbul edib.

Qeyd edək ki, 2016-cı il seçkilərində vitse-prezident seçilə bilməyən Markos 2022-ci il prezident seçkilərində 58 faiz səs toplayaraq prezident seçildi. 31 milyondan çox səs toplayaraq qəbələb qazanan Markos Filippin tarixində xalqın böyük əksəriyyəti ilə seçilən ilk dövlət başçısı oldu.

Sabiq prezident Rodriqo Dutertenin qızı Sara Duterte-Karpio isə mayın 9-da keçirilən seçilərdə 61,25 faiz səs toplayaraq vitse-prezident seçilib.

Qeyd edək ki, Filippində prezident və vitse-prezident ayrı-ayrılıqda seçilir.

 



Әlaqәli Xәbәrlәr