Ağ Ev Ərdoğan və Baydenin görüşü ilə bağlı açıqlama verib

ABŞ Prezidenti Co Bayden Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında konstruktiv əlaqələrin davam etməsini istədiyini bildirib.

1849972

Bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 29-da Prezident Ərdoğan və Baydenin Madriddə keçirilən NATO sammiti çərçivəsində ikitərəfli görüş keçirdilər.

Açıqlamada “Prezident Bayden Türkiyənin Finlandiya və İsveç ilə üçtərəfli memorandum imzalamasını alqışlayıb və bu ölkələrin NATO-ya üzv olmağa dəvətinə zəmin yaradıb” deyilib.

Prezident Ərdoğan və Baydenin Ukraynaya dəstək məsələsini də müzakirə etdiyinə diqqət çəkilən açıqlamada, Ukrayna taxılının ixracı qarşısında Rusiya maneəsinin aradan qaldırılmasının vacibliyinə də toxunulub. 

"Liderlər Egey və Suriyada sabitliyin qorunması məsələsini də müzakirə ediblər. Bayden bir daha konstruktiv ikitərəfli münasibətləri saxlamaq istəyini ifadə edib və iki lider hökumətləri arasında sıx ünsiyyətin davam etdirilməsini vurğulayıb" açıqlamada qeyd olunub.

Әlaqәli Xәbәrlәr