Olaf Şolts İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı razılaşmanı alqışlayıb

Almaniya kansleri Olaf Şolts İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı razılaşmanı alqışlayıb.

1849813
Olaf Şolts İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı razılaşmanı alqışlayıb

Almaniya kansleri Olaf Şolts İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı razılaşmanı alqışlayıb.

Kansler Şolts bunu İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində deyib.

"Bu, bizim üçün çox, çox vacib bir şeydir. Hər iki ölkə bizim ittifaqımıza çox yaxşı uyğun gəlir",-deyə Şolts qeyd edib. 

Olaf Şolts humanitar və maliyyə yardımından əlavə, Ukraynaya daha çox silah göndəriləcəyi vədini də verərək deyib:

"Ukraynanın təcili ehtiyac duyduğu silahlar hazır olacaq. Biz bunu lazım olduğu qədər uzun və intensiv şəkildə davam etdirəcəyik ki, Ukrayna özünü müdafiə edə bilsin".

Almaniyanın müdafiə naziri Kristin Lambrext ölkəsinin Ukraynaya daha 3 “Panzerhaubitze 2000” tipli özüyeriyən haubitsa tədarük edəcəyini bəyan edib.

Lambrext həmçinin Almaniyanın NATO-nun 15 min əsgərlə yüksək hazırlıqlı qüvvələrinə dəstək verəcəyini açıqlayıb.

Almaniya ordusunun ehtiyatlarından indiyədək 40 kilometrə qədər məsafə qət edə bilən bu ağır artilleriya maşınlarından 7-si Ukraynaya çatdırılıb.



Әlaqәli Xәbәrlәr