Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.

1849783
Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb
nato liderler zirvesi1.jpg
nato liderler zirvesi2.jpg
nato liderler zirvesi aile fotografi.jpg
nato liderler zirvesi.jpg

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.

Sammitdən əvvəl toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden foto çəkilişi zamanı bir araya gəlib. İki lider əl sıxdıqdan sonra NATO-nun Baş katibi Stoltenberqlə birlikdə jurnalistlərə poza veriblər.

İki lider daha sonra İngiltərənin Baş naziri Boris Consonun yanına gedərək söhbət ediblər.

NATO-nun Baş katibi Stoltenberq Ukrayna ilə bağlı ilk sessiyanın açılışındakı çıxışında sammitdə Rusiya və Çin kimi avtoritar rejimlərin qaydalara əsaslanan nizama meydan oxuduğu daha rəqabətli bir dünyada NATO-nun güclənməsi üçün mühüm qərarların qəbul ediləcəyini bildirib. 

Alyansın yol xəritəsi olan Strateji Konsepsiya sənədinin yeni variantının qəbul ediləcəyini xatırladan Stoltenberq ittifaqın çəkindirmə və müdafiəsini gücləndirəcəklərini, İsveç və Finlandiyanın dəvət edilməsilə NATO-nun qapılarının açıq olduğunun göstəriləcəyini bildirib.

Stoltenberq həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin liderlər qarşısında çıxış edəcəyini və Ukraynaya hərtərəfli dəstək paketinin qəbul ediləcəyini söyləyib.

Zirvəyə ev sahibliyi edən İspaniyanın Baş naziri Pedro Sançes "Qəbul edəcəyimiz qərarlar gələcək 10 il üçün tutumumuzu və qaynaqlarımızdan istifadəmizi müəyyən edəcək. Dünya bizi izləyir. Gözləntiləri qarşılaya biləcəyimizi hər kəsə göstərəcəyik" deyib.

Türkiyə, Finlandiya və İsveçi üçlü memorandumun imzalanması münasibətilə təbrik edən Sançez "Bu iki ölkənin NATO-ya daxil olması mühüm bir dönüş nöqtəsi olacaq" deyə bildirib.



Әlaqәli Xәbәrlәr