Stefan Dujarrik Ukraynada ticarәt mәrkәzinә edilәn hücumu qınadı

BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik Ukraynada intensivlәşәn qarşıdurmanın Qara dəniz üzərindən planlaşdırılan taxıl ixracına təsir etməyəcəyinə ümidvar olduğunu bildirib.

1849147

Stefan Dujarrik  keçirdiyi gündəlik mətbuat konfransında bildirib ki, həftə sonu və dünən Ukraynaya endirilən hava zərbələri son dərəcə narahatedici olub.

Kremençukda çox sayda insanın olduğu ticarət mərkəzinə edilən hava hücumunu pisləyən Stefan Dujarrik vurğulayıb ki, qarşıdurmaların intensivləşməsinә görә narahatam.

Stefan Dujarrik hücumlara baxmayaraq danışıqların davam etdiriləcəyini və taxıl ixracı ilə bağlı razılığın əldə olunacağına ümid edildiyini bildirib.

Ukrayna prezidenti Volodimir  Zelenski Rusiya qüvvələrinin Poltava vilayətinin Kremençuk şəhərində 1000-dən çox mülki şəxsin olduğu ticarət mərkəzinə hücum etdiyini açıqlamışdı. Volodimir Zelenski  hücum nәticәsindә  16 nəfərin öldüyünü, 59 nəfərin dә yaralandığını bildirmişdi.

Türkitә Ukrayna-Rusiya müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranını hәll etmәk üçün ciddi sәylәr göstәrir. Türkiyә bu çәrçivәdә BMT ilә danışıqları davam etdirir.

Әlaqәli Xәbәrlәr