G7 liderləri qlobal ərzaq qıtlığını aradan qaldırmağa çağırıblar

G7 liderləri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 ölkə) ərzaq ehtiyatları olan ölkələri və şirkətləri “bazarları pozmadan qlobal ərzaq qıtlığını aradan qaldırmağa” çağırıblar.

1849303
G7 liderləri qlobal ərzaq qıtlığını aradan qaldırmağa çağırıblar

G7 liderləri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 ölkə) ərzaq ehtiyatları olan ölkələri və şirkətləri “bazarları pozmadan qlobal ərzaq qıtlığını aradan qaldırmağa” çağırıblar.

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Almaniyanın ev sahibliyi etdiyi G7 Liderlər Sammitinin son günündə “qlobal ərzaq təhlükəsizliyi” mövzusunda birgə bəyanatla çıxış ediblər. 

Bəyanatda sənayeləşmiş ölkələrin liderləri böyük ərzaq ehtiyatları olan ölkələri və şirkətləri "bazarları pozmadan qlobal ərzaq qıtlığını aradan qaldırmağa kömək etməyə" çağırıblar.

"Qısamüddətli yardım üçün biz böyük ərzaq ehtiyatlarına malik tərəfdaşları və özəl sektoru bazarlara təsir etmədən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının ərzaq alışı strategiyasına dəstək verməklə ərzaq əldə etməyə çağırırıq. Bütün ölkələr qiymətlərin daha da artmasına səbəb ola biləcək həddən artıq ehtiyatdan çəkinməlidirlər" bəyanatda deyilib.

Bəyanatda G7 liderlərinin qlobal ərzaq təhlükəsizliyi böhranı ilə mübarizə üçün əlavə 4,5 milyard dollar öhdəliyi götürdükləri və bu məbləğlə 2022-ci ildə qlobal ərzaq təhlükəsizliyi ilə bağlı öhdəliklərin 14 milyard dollara yüksəldiyi qeyd edilib.

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qida məhsullarını hədəfə almadığı ifadə edilən bəyanatda Rusiyadan Ukraynanın kənd təsərrüfatı, limanları və nəqliyyat infrastrukturuna hücumları dayandırması, Moskvanın Ukraynada kənd təsərrüfatı məhsulları və avadanlıqlarını qeyri-şərtsiz ələ keçirməsinə son qoyması istənilib:

“Biz Ukraynanın qarşıdan gələn məhsul mövsümü üçün kənd təsərrüfatı məhsulları istehsalını davam etdirməsinə kömək etmək üçün səylərimizi gücləndirəcəyik”, - bəyanatda deyilib.



Әlaqәli Xәbәrlәr