Livanın baş naziri Türkiyəyə təşəkkür edib

Livanın Baş naziri Nəcib Mikati ölkəsinə hər sahədə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

1848347
Livanın baş naziri Türkiyəyə təşəkkür edib

Livanın Baş naziri Nəcib Mikati ölkəsinə hər sahədə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Livan Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, Mikati Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komitəsinin sədri Rəcəb Akdağı iqamətgahında qəbul edib.

Bildirilib ki, Mikati və Akdağ iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq və bu istiqamətdə əlaqələrin inkişafını müzakirə ediblər.

Açıqlamada baş nazirin ölkəsinə bütün sahələrdə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etdiyi bildirilib.

Mikati və Akdağ görüşündə Livanın Səhiyyə naziri Firaz Abyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy da iştirak edib.

Qeyd edək ki, Rəcəb Akdağ iyunun 24-də "Livanda Davamlı Sağlamlıq Sisteminə Doğru" adlı konfransda iştirak etmək üçün Livanın paytaxtı Beyruta gedib.



Әlaqәli Xәbәrlәr