İsrail qüvvələri 20 fələstinlini həbs edib

İşğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirən İsrail qüvvələri basqınlar zamanı 20 fələstinlini nəzarətə götürüb, 1 nəfəri isə güllələrlə yaralayıb.

1848552

İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinlilərin evlərinə basqın ediblər.

Fələstinli Əsir Məlumat Mərkəzindən verilən yazılı açıqlamada İsrail ordusunun İordan çayının qərb sahilində müxtəlif şəhər və qəsəbələrə təşkil etdiyi basqınlarda 20 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Səhiyyə mənbələrindən əldə ediliən məlumata görə, İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqında bir fələstinli atılan güllələrdən yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Әlaqәli Xәbәrlәr