Norveçdә gecә klubunda atışma, ölәn vә yaralananlar var

Norveçdә gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

1848050
Norveçdә gecә klubunda atışma, ölәn vә yaralananlar var

 

Norveçdә gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.

Mәlumata görә, hadisә paytaxt Oslodakı gecә klublarının birindә qeydә alınıb.

Mәlumatda vurğulanıb ki, kluba gәlәn bir nәfәr tapançanı çıxararaq atəş açmağa başlayıb.

Hadisәnin yaşandığı bölgәyә çox sayda tәcili tibbi yardım maşınları vә polislәr cәlb olunub.

Rәsmilәr cinayәtkarın saxlanıldığını açıqlayıb. İnsidentin motivi hələ də məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr