Yens Stoltenberq ‘‘Politico’’ xәbәr saytının suallarını cavablandırıb
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәnin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışdıqlarını və üzvlüyün qısa müddətdə mümkün olmaya biləcəyini bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәnin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışdıqlarını və üzvlüyün qısa müddətdə mümkün olmaya biləcəyini bildirib.
‘‘Politico’’ xəbər saytının suallarını cavablandıran Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya müraciətləri ilə bağlı deyib ki, alyans daxilində dəfələrlə fərqli fikirlər sәslәndirilib.
Yens Stoltenberq müsahibә zamanı 1950-ci illərdəki Süveyş böhranını, 1960-cı illərdə Fransanın NATO-nun hərbi qanadından ayrılmasını, 1970-ci illərdə Afrika və Vyetnamda baş verən müharibələri və sonrakı illərdə İraq müharibəsində müttəfiqlər arasındakı fikir ayrılıqlarını xatırladıb.
“Bu, təəccüblü deyil, çünki biz müxtəlif coğrafiyalarda, fərqli tarixlərdə, müxtəlif siyasi partiyaların hakimiyyətdə olduğu 30 fərqli ölkəyik” deyәn Yens Stoltenberq bütün fikir ayrılıqlarına baxmayaraq, müttəfiqlərin əsas məsələ olan “bir-birini müdafiə etmək” mövzusunda həmfikir olduqlarını vurğulayıb.
Yens Stoltenberq deyib: "İnanıram ki, Finlandiya və İsveç məsələsində də razılığa gəldik. Amma hazırda oturub müttəfiqlərin ifadə etdiyi fikir ayrılıqlarını və narahatlıqları aradan qaldırmalıyıq. Türkiyәnin terror hücumlarından әn çox zәrәr görәn ölkә vә NATO müttәfiqi olduğunu qәbul etmәliyik. Suriya vә İraqla hәmsәrhәd olan Türkiyә böyük әhәmiyyәtә malik ölkәdir. Terrorla mübarizə mәsәlәsindә çox mühüm rol oynayıb və oynayır. Eyni zamanda Qara dəniz ölkəsi kimi də mühüm rol oynayır. Məsələn hazırda Ukraynadan ərzağın çıxarılması üçün mühüm işlər görür. Türkiyə narahatlığını dilə gətirəndə təbii ki, biz oturub onları aradan qaldırmağa çalışacağıq. Hazırda etdiyimiz dә budur. Ümid edirəm ki, Finlandiya və İsveçin üzv olmasına icazə vermək üçün bir həll yolu tapacağıq".
NATO-nun qərarları 30 üzv ölkənin konsensusu ilə qәbul etdiyini xatırladan Yens Stoltenberq baş katib olaraq iki ölkənin ən qısa zamanda üzv olmasını təmin etməyi hədəflədiyini bildirib.
Әlaqәli Xәbәrlәr

Rusiya yenidən Qərbi ittiham edib
Rusiya Ukrayna ilə davam edən müharibədə yenidən Qərbi ittiham edib.