Yens Stoltenberq Petr Fiala ilә görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı  haqlı narahatlıqlarının olduğunu və onları həll etməyə çalışdıqlarını bildirib.

1847486
Yens Stoltenberq Petr Fiala ilә görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı  haqlı narahatlıqlarının olduğunu və onları həll etməyə çalışdıqlarını bildirib.

Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Çexiyanın Baş naziri Petr Fiala ilə keçirdiyi  görüşdən sonra mətbuata açıqlama verib.

İyunun 28-30-da keçiriləcək Madrid sammitində müzakirə olunacaq məsələlərdən birinin Finlandiya və İsveçin üzvlük müraciətləri olduğunu xatırladan Yens Stoltenberq müraciətləri "tarixi" inkişaf kimi qiymətləndirib.

Bütün müttəfiqlərin təhlükəsizliklә bağlı narahatlıqlarını müzakirә etmәk və üzvlük prosesində irəliləyiş əldə etmək istədiklərini bildirən Yens Stoltenberq deyib:

"Türkiyənin təhlükəsizliklә bağlı qanuni  narahatlıqları var. Biz onları həll etmək üçün Finlandiya və İsveçlə işləyirik".

NATO-nun baş katibi Yens Stoltenberq  Türkiyәnin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışdıqlarını və üzvlüyün  qısa müddətdə mümkün olmaya biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr