NATO DÇ -2022 təhlükəsizliyi ilə bağlı Qətərə dəstək verəcək

NATO futbol üzrə dünya çempionatının təhlükəsizliyi ilə bağlı Qətərə dəstək verəcək.

1847413
NATO DÇ -2022 təhlükəsizliyi ilə bağlı Qətərə dəstək verəcək

TRT-nin xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat yayılıb. Dəstəyə Slovakiya və NATO-nun Çexiyadakı Birgə KBRN Müdafiə Mərkəzi tərəfindən təşkil olunacaq Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) materiallarının yaratdığı təhlükələrə qarşı təlim daxildir.

Eyni zamanda, Rumıniya çempionatlarda iştirak edəcək çox mühüm şəxslərin (VİP) müdafiəsi və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələrə qarşı mübarizə üzrə təlimlər təşkil edəcək.

Məlumata görə, bu ilin mayında Slovakiyada kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri ilə bağlı ilk təlim sessiyası keçirilib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.



Әlaqәli Xәbәrlәr