Liviya Milli Birlik Hökumətinin mandatı başa çatdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında müəyyən edilən yol xəritəsində keçid prosesinin idarə olunması mandatı 18 ay olaraq nəzərdə tutulmuşdu

1847083
Liviya Milli Birlik Hökumətinin mandatı başa çatdı

 

  Liviyada Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi Milli Birlik Hökumətinin 18 aylıq mandatı başa çatıb.

  Bildirilir ki, son bir neçə gündə əlavə hökumət qüvvələri paytaxt Tripoliyə yerləşdirilib və silahlı maşınlara tez-tez rast gəlinir. Müşahidəçilər bunu hökumətin hakimiyyəti təhvil vermək istəməməsi kimi qiymətləndirir.

  Liviya Milli Birlik Hökumətinin əvvəlki bəyanatında ölkədəki siyasi böhranın açıq konstitusiya, prezident və parlament seçkilərinin keçirilməsi ilə aradan qaldırılacağını deyilmişdi. Dibeybe də açıqlamalarında vəzifəsini yalnız seçilmiş hökumətə təhvil verəcəyini söyləmişdi.

   Tobrukda Nümayəndələr Məclisi tərəfindən baş nazir seçilən Fəthi Başağa isə sosial media hesabından Milli Məclisin müddətdən keçə bilmədiyini deyib.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında müəyyən edilən yol xəritəsində keçid prosesinin idarə olunması mandatı 18 ay olaraq nəzərdə tutulmuşdu.

  Liviyada neçə vaxtdır Dibeybe və Başağanın rəhbərlik etdiyi iki ayrı hökumət mövcuddur. Bu vəziyyət ölkənin yenidən zorakılıq spiralına sürüklənəcəyi ilə bağlı narahatlıqları artırır.

  12-19 iyun tarixlərində Misirin paytaxtı Qahirədə Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi ilə Liviya Ali Dövlət Şurasının və TM-nin birgə komitə məsləhətləşmələrində seçkilər üçün konstitusiya çərçivəsinin yaradılması məqsədini həll etmək mümkün olumayıb.

 



Әlaqәli Xәbәrlәr