Karen Donfried: "İsveç və Finlandiya məsələsinin həllinə ümid edirik”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı dinləmələr keçirib.

1847184
Karen Donfried: "İsveç və Finlandiya məsələsinin həllinə ümid edirik”

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə  müşaviri Karen Donfried Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı haqlı narahatlıqlarına bələd olduqlarını və bu problemlərin yaxın zamanda həll ediləcəyini düşündüklərini bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı  dinləmələr keçirib.

Sessiyanın açılışında Komitə sədri, demokrat Bob Menendez ilə respublikaçı Cim Riş arasında Türkiyə ilə bağlı qısa mübahisə yaşanıb.

Menendez Türkiyənin sözügedən iki ölkənin NATO üzvlüyünə etirazının Rusiyanın maraqlarına xidmət etdiyini iddia edərkən Riş "İsveç də, Finlandiya da Türkiyə ilə danışıqlar aparmaq üçün yaxşı niyyətlərinin olduğunu bizə bildirdilər. Ən yaxşısı bu məsələni bu ölkələrin öhdəsinə buraxmaq olar. Amma onu da deyim ki, bu məsələ tezliklə bağlanmalıdır” deyə ifadə edib. 

Donfrid isə çıxışında Finlandiya və İsveçin NATO-ya qoşulmasının alyansı daha da gücləndirəcəyini qeyd edib və Türkiyənin ifadə etdiyi narahatlıqlara da toxunub.

Finlandiya və İsveçin NATO üzvlüyünün bütün ölkələrin səsləri ilə təmin ediləcəyinə diqqət çəkən Donfrid "Təbii ki, ABŞ da Türkiyə kimi terrora dəstəyi dayandırmaq istəyir, biz bu məsələyə ciddi yanaşırıq. Elə başa düşürəm ki, bu 3 ölkə arasında danışıqlar yaxşı gedir” deyib. 

Digər tərəfdən, senator Menendezin sessiyada ABŞ-ın YPG/PKK-ya verdiyi dəstəklə bağlı verdiyi etiraf da diqqətdən yayınmayıb.

Menendez "Reallıq budur ki, Finlandiya və İsveçin PKK və SDF (YPG) ilə bağlı mövqeləri bizim mövqelərimizlə üst-üstə düşür. Bildiyiniz kimi, bu təşkilatlar DEAŞ-la mübarizəmizdə bizə kömək etdi" ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr