Səudiyyə Ərəbistanı 4 ölkəyə səyahət qadağasını aradan qaldırdı

Mövzu ilə bağlı SPA rəsmi xəbər agentliyində məlumat verilib

1845880
Səudiyyə Ərəbistanı 4 ölkəyə səyahət qadağasını aradan qaldırdı

 

  Səudiyyə Ərəbistanı Türkiyə də daxil olmaqla, 4 ölkəyə səyahət qadağasını aradan qaldırmağa qərar verib.

  Mövzu ilə bağlı SPA rəsmi xəbər agentliyində məlumat verilib.

  “Covid-19” epidemiyası ilə əlaqədar bir ay əvvəl Türkiyə, Hindistan, Vyetnam və Efiopiyaya gətirilən səyahət qadağası aaradn qaldırılıb və sözügedən qərar vəziyyəti təqib nəticəsində qəbul edilib.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanı mayın 24-də “Covid-19” yoluxma hallarının artması səbəbindən Türkiyə də daxil olmaqla 16 ölkəyə səyahət qadağası qoymuşdu. Qadağan olunmuş ölkələrə Livan, Suriya, İran, Əfqanıstan, Hindistan, Yəmən, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Liviya, İndoneziya, Vyetnam, Ermənistan, Belarus və Venesuel daxil idi.



Әlaqәli Xәbәrlәr