Qərbi Avropa ölkələrində rekord istilər

Yayın ilk isti dalğası Qərbi Avropa ölkələrində həyata mənfi təsir edərək temperaturu rekord həddə çatdırıb

1845250
Qərbi Avropa ölkələrində rekord istilər

 

  Yayın ilk isti dalğası Qərbi Avropa ölkələrində həyata mənfi təsir edərək temperaturu rekord həddə çatdırıb.

  Qərbi Avropanın bir çox şəhərlərində ikinci dərəcəli əhəmiyyət kəsb edən narıncı həyəcan siqnalı verilib, əhali istilərə qarşı xəbərdarlıq edilib, isti dalğanın iqlim dəyişikliyinin fəsadları, o cümlədən meşə yanğınları və quraqlıq problemləri ola biləcəyi diqqətə çatdırılıb.

  Son 20 ilin ən isti iyununun keçdiyi İspaniyada bir həftədir təsirli olan hava istiliyi Əndəlüsdə bəzi yerlərdə 44, paytaxt Madriddə isə 41 dərəcəyə çatıb.

  Havaların isti keçməsi bir həftədir 16 rayonda meşə yanğınlarına səbəb olub və bununla bağlı idman tədbirləri təxirə salınıb.

  Fransada temperaturun 41 dərəcəyə çatması ilə əlaqədar 14 əyalətdə qırmızı, 56 əyalətdə isə narıncı həyəcan siqnalı verilib.

  Jironda (Gironde) qubernatorluğu kondisionersiz olan qapalı məkanlarda və açıq havada bütün tədbirləri təxirə salıb.

  Bundan başqa, 40 şəhərdə sudan istifadəyə, xüsusən də kənd təsərrüfatı fəaliyyətlərinə müxtəlif səviyyələrdə məhdudiyyətlər qoyularaq meşə yanğınlarına qarşı xəbərdarlıq edilib.

   Paytaxt Paris, Lion, Villerbann (Villeurbanne) və Kauir (Caluire) şəhərlərində hər iki nəqliyyat yolu müvəqqəti olaraq məhdudlaşdırılıb və müəyyən saatlarda sürət həddi azaldılıb.

  İtaliyada yüksək temperatur səbəbindən Perudca, Florensiya, Breşiya və Torino şəhərlərində həyəcan siqnalı narıncıya yüksəlib. Torinoda artıq qırmızı həyəcan siqnalı veriləcəyi bildirilib.

  Ölkənin ən böyük çayı olan Po çayının həcmi lazım olduğundan 72 faiz azalıb və bu vəziyyət Piemont və Lombardiya bölgələrinə təsir edir.

  Quraqlıq səbəbindən şimal rayonlarında 170-ə yaxın yaşayış məntəqəsinə sudan yalnız içmək və yemək hazırlamaq kimi əsas məqsədlər üçün istifadə etmək təlimatı verilib.

  Almaniya Meteorologiya İdarəsi xüsusilə ölkənin cənub və mərkəzi bölgələrində havanın temperaturunun 38 dərəcəyə yüksələcəyini, gecələr isə temperaturun 20 dərəcədən aşağı düşməyəcəyini bildirib.

Hava istiliyinin 35 dərəcəyə yüksəldiyi və iyun ayı üçün rekord səviyyəyə çatdığı Belçikada narıncı kodun həyəcan vəziyyətində olduğu açıqlanıb.

   Böyük Britaniyada da ardıcıl 3 gün ilin ən isti günü qeydə alınıb: Suffolkda termometrlər 32,7, Londonun Hitrou hava limanında isə 32,4 dərəcəni göstərib.

  Hollandiyada iki gündür 30-31 dərəcə isti olan havanın temperaturunun sağlamlıq problemlərinə yol verməməsi üçün dövlət qurumları və mütəxəssislər xəbərdarlıqlar edib, istilərin davam etdiyi ölkələrdən biri İsveçrədə hökumət təsirli olan həyəcan səviyyəsini 3 olaraq qiymətləndirib.



Әlaqәli Xәbәrlәr