“Madrid Sammitinin əsas mövzusu Finlandiya və İsveçin NATO məsələsidir”, X.M.Albares

Madriddə üzvü olduğu Sosialist İşçi Partiyasının toplantısında iştirak və çıxış edən X.M.Albares deyib...

1845337
“Madrid Sammitinin əsas mövzusu Finlandiya və İsveçin NATO məsələsidir”, X.M.Albares

 

  İspaniyanın xarici işlər naziri Xose Manuel Albares (Jose Manuel Albares) 28-30 iyun tarixlərində Madridin ev sahibliyi edəcəyi NATO Sammitinin əsas mövzusunun Finlandiya və İsveçin alyansa daxilolma müraciətlərinin olacağını bildirib.

  Madriddə üzvü olduğu Sosialist İşçi Partiyasının toplantısında iştirak və çıxış edən X.M.Albares deyib: “Madrid Sammitinin əsas mövzusu Finlandiya və İsveçin NATO-ya mümkün qəbulu ilə bağlıdır.

  Zirvə toplantısı “NATO və Avropanın təhlükəsizliyi üçün dönüş nöqtəsi” başlığı altında olacaq.

  Rusiyanın Ukraynaya təcavüzündən qaynaqlanan çox çətin bir dövrdən və çətinliklərdən keçirik.

  40 ölkənin dövlət və hökumət başçıları Madriddə olacaq.

  Hər ölkə böyük logistik çətinliyin olduğu bir zamanda belə sammit təşkil edə bilməz”.



Әlaqәli Xәbәrlәr