Avropa Nüvə Tədqiqatları Mərkəzi Rusiya və Belarusla bağlı qərar verdi

CERN-dən verilən məlumatda bildirilir...

1845249
Avropa Nüvə Tədqiqatları Mərkəzi Rusiya və Belarusla bağlı qərar verdi

 

  Avropa Nüvə Tədqiqatları Mərkəzi - CERN Ukraynaya hücum edən Rusiya və hücumlara dəstək verən Belarusla işləməmək qərarı verdi.

  CERN-dən verilən məlumatda şuranın 208-ci iclasında Rusiyanın Ukraynaya hücumları və Belarusun Rusiyaya dəstəyi qınanılıb, bu hücumların çox ciddi humanitar böhrana səbəb olduğu bildirilib və 2024-cü ilə qədər qüvvədə olan Beynəlxalq Əməkdaşlıq Sazişinə xitam qərarı verilib.

  Avropa Nüvə Tədqiqatları Mərkəzi eyni zamanda bildirib ki, mövcud vəziyyətin monitorinqini davam etdirən şura Ukraynadakı hadisələrin fonunda növbəti qərarlar qəbul etməyə hazırdır.

  Qeyd edək ki, CERN-in ölkələrlə 5 il müddətinə imzaladığı beynəlxalq əməkdaşlıq sazişləri tərəflərdən biri müqavilənin ləğvi barədə yazılı bildiriş göndərmədiyi təqdirdə avtomatik olaraq yenilənir.

  Belarus və CERN arasındakı müqavilənin 2024-cü ilin iyununda, Rusiya ilə müqavilənin isə 2024-cü ilin dekabrında başa çatacağı gözlənilirdi.



Әlaqәli Xәbәrlәr