Avropa İttifaqı xarici işlər nazirləri bir araya gəlir

Avropa İttifaqının xarici işlər nazirləri 20 iyunda ərzaq və enerji təhlükəsizliyi məsələsi ilə bağlı bir araya gələcəklər

1845353
Avropa İttifaqı xarici işlər nazirləri bir araya gəlir

 

  Avropa İttifaqının xarici işlər nazirləri 20 iyunda ərzaq və enerji təhlükəsizliyi məsələsi ilə bağlı bir araya gələcəklər.

  Nazirlər 23-24 iyun tarixlərində keçiriləcək Aİ Liderlər Zirvə Toplantısı öncəsi Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.

  Aİ toplantısının gündəliyinə Ruisya-Ukrayna müharibəsinin qlobal təsirləri, xüsusilə ərzaq və enerji təhlükəsizliyi məsələləri daxildir.

  Toplantıda Rusiya-Ukrayna böhranından təsirlənən milyonlarla ton buğdanın ixracı üçün Belarus da daxil olmaqla, müxtəlif variantlar nəzərdən keçiriləcək ki, bunlardan ən məntiqlisi Qara dənizdir.

  Tədbirdə Körfəz ölkələri ilə mövcud müsbət münasibətlər enerji təhlükəsizliyi baxımından müzakirə ediləcək.

  Aİ-İran əlaqələri və nüvə müqaviləsinin taleyi məsələsi də danışılacaq mövzular arasındadır.

  Avropa İttifaqının xarici işlər nazirləri bundan əvvəlki sammitdə qəbul edilən Rusiyaya qarşı 6-cı sanksiya paketini də müzakirə edəcəklər, amma yeni paketə hazırlıq görməyəcəklər.



Әlaqәli Xәbәrlәr