Dünya Bankından Somaliyə 100 milyon dollar dəstək
Dünya Bankı quraqlıq və iqtisadi problemlərlə mübarizə aparan Somaliyə 100 milyon dollar kredit dəstəyi verəcək.

Dünya Bankının Somali üzrə direktoru Kristina Svensson paytaxt Moqadişuda Somali prezidenti Həsən Şeyx Mahmud ilə görüşüb.
Svensson görüşdən sonra verdiyi açıqlamada bu barədə danışıb: “Dünya Bankı Somaliyə 100 milyon dollar kredit dəstəyi vermək qərararına gəlib. Bir il ərzində verilməsi planlaşdırılan dəstək hökumətin prioritetləri üçün istifadə olunacaq”.
Xatırladaq ki, 2020-ci ildə Dünya Bankı Somaliyə 55 milyon dollar dəstək verib.
1990-cı ildən bəri Somali iqlim dəyişikliyi səbəbindən daşqın və quraqlıq kimi 30-dan çox təbii fəlakətlə üzləşib.
Somali hökuməti artan quraqlıq səbəbindən noyabrın 23-də ölkə daxilində “fövqəladə vəziyyət” elan edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.
Әlaqәli Xәbәrlәr

"Şeytan ayələri"nin müəllifi kəfəni yırtdı
75 yaşlı Salman Rüşdidən süni nəfəs aparatı çıxarılıb və o danışmağa başlayıb