Slovakiya növbəti dəfə Kiyev rəhbərliyinə silah bağışladı
Slovakiya, Ukraynaya Sovet istehsalı olan MI seriyalı 5 döyüş helikopter və onlara uyğun gələn 1000 raket bağışlayıb.
1844497

TRT xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad sosial media hesabında məlumat paylaşıb. Bildirib ki, 5 MI seriyalı helikopter və 1000 raket Ukrayna ordusuna təhlükəsiz şəkildə çatdırılıb.
Nazir Nad bəyan edib ki, bütün demokratik ölkələr Rusiyanın təcavüzü qarşısında Ukraynanı dəstəkləməlidir.
Qeyd edək ki, daha əvvəl də Ukraynaya müxtəlif silahlar verən Slovakiya, “S 300” hava hücumundan müdafiə sistemini də Kiyev rəhbərliyinə bağışlayıb.
Әlaqәli Xәbәrlәr

Çinin müvәqqәti işlәr vәkili Litvanın Xarici İşlәr Nazirliyinә çağırılıb
Çinin müvəqqəti işlər vəkili Cü Bayhua Litvanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Kamar Cavid Bajva vә Maykl Erik Kurilla arasında görüş olub
Pakistanlı və amerikalı generallar iki ölkə arasındakı hərbi əlaqələri müzakirə ediblər.