BMT Ukrayna taxılının Qara dənizdən çıxarılması barədə danışıb

BMT baş katibinin sözçüsü Stefan Dujarrik: “Ukrayna taxılının Qara dənizdən çıxarılması ilə bağlı Türkiyə ilə görüşlərimiz davam edir”

1844152
BMT Ukrayna taxılının Qara dənizdən çıxarılması barədə danışıb

TRT xəbər verir ki, Stephane Dujarric gündəlik mətbuat konfransında bu barədə danışıb. O: “Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun ‘Minalar təmizlənmədən Ukrayna taxılı Qara dənizdən çıxarıla bilər’ sözünü yüksək qiymətləndiririk. Məsələ ilə bağlı Türkiyə hakimiyyəti ilə sıx əlaqə saxlayırıq və əməkdaşlıq edirik. BMT-nin baş katibi Antonio Quterreş Prezident Rəcəb Tayyib Ərdoğan, Çavuşoğlu və Türkiyə ordusunun bu sahədəki güclü əməkdaşlığını yüksək qiymətləndirir və təqdir edir. Problemin həlli üçün əlimizdən gələn səyi edirik. Hazırda təfərrüatları bölüşə bilmərəm, lakin Xarici işlər naziri Çavuşoğlunun sözlərini müsbət qarşılayırıq. Bütün tərəflərlə danışıqlar aparırıq və Türkiyə rəsmiləri sözmövzusu təmasların bərpası üçün lazımı dəstək və yardımı təmin edir”-deyə sözçü vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr