Andersson: "Türkiyə ilə dialoqun davamını səbirsizliklə gözləyirəm"

İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin NATO-ya üzvlük prosesində problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.

1843529

Maqdalena Andersson, Finlandiyanın Baş naziri Sanna Marin və Norveçin Baş naziri Jonas Qahr Store gündəmdəki məsələləri müzakirə etmək üçün İsveçin Södertalye şəhərində bir araya gəlib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Andersson Türkiyə ilə İsveç arasında aparılan NATO danışıqlarına toxunub.

NATO-ya üzvlük prosesində intensiv işlərin davam etdiyinə diqqət çəkən Andersson "Biz Finlandiya ilə birlikdə hərəkət edirik. Problem həll olunana qədər Türkiyə ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyirəm" deyib.

Marin ayın sonunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammitindən əvvəl həllə nail olunmasının vacib olduğunu da vurğulayıb.

Marin iki həftə ərzində həll yolu tapılmayacağı təqdirdə prosesin dondurulma riskinin olduğunu qeyd edib:

"Hazırda bir istiqamət var, bu prosesdə irəliləməyimiz vacibdir. Biz məsələlərə ciddi yanaşır və dialoqa davam edirik".

Etiketlәr: #İsveç , #Finlandiya , #NATO

Әlaqәli Xәbәrlәr