“ÜƏP” Cənubi Sudana ərzaq yardımı proqramını dayandırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ərzaq təhlükəsizliyi probleminin davam etdiyi Cənubi Sudana ərzaq yardımı proqramını dayandırıb.

1843194
“ÜƏP” Cənubi Sudana ərzaq yardımı proqramını dayandırdı

 ÜƏP-nın sözçüsü Tomson Phiri, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında bu barədə  danışıb.  Maliyyə  çatışmazlığı səbəbindən Cənubi Sudana ərzaq yardımı proqramının dayandırılması qərarı ilə ölkə əhalisinin ən azı üçdə birinin qidaya çata bilməyəcəyini ifadə edən  sözçü  ölkədə aclıq riski altında olan 1,7 milyon insanın vəziyyətinin daha da pisləşdirəcəyinə  diqqət çəkib.

 



Әlaqәli Xәbәrlәr