İki ölkə arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb

Jake Sullivan və Yang Cieçi ölkələri arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıblar.

1842593
İki ölkə arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Yang Cieçi ölkələri arasında ünsiyyət kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıblar.

Ağ Evdən verilən yazılı açıqlamada Sullivan və Yanqın Lüksemburqda ikitərəfli görüş keçirdiyi bildirilib.

Regional və qlobal təhlükəsizlik məsələlərinə dair “səmimi, mənalı və məhsuldar görüş” keçirildiyi vurğulanaraq, ABŞ-Çin münasibətlərindəki əsas məsələlərin də müzakirə edildiyi bildirilib.

Açıqlamada “Cənab Sullivan ölkələrimiz arasında rəqabəti idarə etmək üçün kommunikasiya kanallarının açıq saxlanmasının vacibliyini qeyd etdi” deyilib.

Xatırladaq ki, Sullivan və Yanq martın 14-də Romada üz-üzə, mayın 18-də isə telefonla görüşüblər.



Әlaqәli Xәbәrlәr