“Avropa “müharibə iqtisadiyyatı” vəziyyətinə girdi”, E.Makron

Paytaxt Parisdə keçirilən beynəlxalq döyüş silahları sənayesi sərgisi “Eurosatory 2022”nin açılışındakı çıxışında E.Makron deyib...

1842516
“Avropa “müharibə iqtisadiyyatı” vəziyyətinə girdi”, E.Makron

 

  Fransa prezidenti Emmanuel Makron ölkəsinin və Avropanın “müharibə iqtisadiyyatı” vəziyyətinə girdiyini elan etdi.

  Paytaxt Parisdə keçirilən beynəlxalq döyüş silahları sənayesi sərgisi “Eurosatory 2022”nin açılışındakı çıxışında E.Makron müdafiə naziri və baş qərargah rəisindən gələn həftələrin hərbi proqramı ilə bağlı qanunları geosiyasi vəziyyətə görə gözdən keçirmələrini istəyərək deyib: “Fransa və Avropa müharibə iqtisadiyyatı vəziyyətinə girib. Ölkələrimiz uzun müddət bu istiqamətdə təşkilatlanmalıdır. Avropanın müdafiə sənayesi və texnoloji infrastrukturu gücləndirilməli, daha möhkəm və tələbkar olmalıdır.”

  Qeyd edək ki, bu həftə Rumıniya və Moldovaya səfəri gözlənilən Fransa prezidentinin fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun bölgədəki varlığını gücləndirmək üçün Rumıniyaya göndərilən 500 Fransa əsgərinə baş çəkəcəyi bildirilir.

  Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə də gedəcək.



Әlaqәli Xәbәrlәr