Meningit epidemiyası bu ölkədə tüğyan edir

Qərbi Afrika ölkələrindən Nigeriyanın Jiqava əyalətində meningit epidemiyası səbəbindən 65 nəfər ölüb.

1840953
Meningit epidemiyası bu ölkədə tüğyan edir

Jiqava əyalətinin Səhiyyə Nazirliyinin rəsmisi Malam Samaila Mahmud epidemiya ilə əlaqəli açıqlama verib. Bildirib ki, Nigeriya-Niger sərhədində yerləşən Jiqava əyalətində keçən aydan bəri 280 meningit hadisəsi qeydə alınıb. Onlardan 65-i həyatını itirib və bəziləri isə kar olub.

Epidemiyanın nəzarət altına alınması üçün ətraflı tədbirlər həyata keçirildiyini ifadə edən rəsmi, boyun və baş ağrısı olanları dərhal xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, beyindən başlayaraq bütün bədəni təsiri altına alan meningit hava yolu ilə də yoluxa bilər



Әlaqәli Xәbәrlәr