BMT Ukraynadan Avropaya sığınan mülki şəxslərin sayını açıqlayıb

Ukraynadakı müharibə ilə əlaqədar Avropa ölkələrinə sığınan mülki şəxslərin sayı 5 milyona yaxınlaşıb.

1840778
BMT Ukraynadan Avropaya sığınan mülki şəxslərin sayını açıqlayıb

Ukraynadakı müharibə ilə əlaqədar Avropa ölkələrinə sığınan mülki şəxslərin sayı 5 milyona yaxınlaşıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının internet saytındakı açıqlamada Ukraynada müharibənin başladığı 24 fevraldan bu yana ölkəni tərk edən mülki şəxslərlə bağlı aktual rəqəmlər paylaşılıb.

Açıqlamada 7 iyun tarixinədək 44 Avropa ölkəsinə qəbul edilən ukraynalı sığınacaq axtaranların sayının 4,8 milyon olduğu qeyd edilib. Bildirilib ki, bu qaçqınların 3,2 milyonuna müvəqqəti qoruma verilib.

Müharibə başlayandan 2,3 milyon insanın isə Ukraynaya qayıtdığı bildirilir.

Qaçqının ən çox qəbul edildiyi Polşada 1,1 milyon ukraynalı olduğu halda, Almaniyada 780 min, Çexiyada 366 min, İtaliyada 125 min, İspaniyada 118 min, Türkiyədə isə 85 min qaçqının olduğu açıqlanıb.



Әlaqәli Xәbәrlәr