Aİ taxıl çatışmazlığında Rusiyanı günahlandırır

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel beynəlxalq ticarətdə taxıl çatışmazlığına görə Rusiyanın məsuliyyət daşıdığını qeyd edib.

1837928

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel sosial mediada mövzu ilə bağlı verdiyi açıqlamada Aİ-nin Rusiyaya qarşı sanksiyalarının bu ölkənin döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıdığını və kənd təsərrüfatı məhsullarını ehtiva etmədiyini vurğulayıb.

Borrel "Rusiyanın Ukrayna limanlarına qarşı davam edən blokadası qarğıdalı və buğda kimi tonlarla taxılın dünyanın əsas istehsalçılarından biri olan Ukraynada qalmasına səbəb olur və onların ixracına mane olur. Rusiya beynəlxalq taxıl ticarətindəki qıtlığın birbaşa məsuliyyətlisidir" ifadəsini işlədib.

Rusiyanın hücumlarına son qoymaq əvəzinə, günahı sanksiyalara atdığını bildirən Borrel Kremlini bununla da dezinformasiyada ittiham edib.

Borrel qeyd edib ki, müharibənin yaratdığı problemləri həll etmək üçün bütün dünya ölkələri ilə tam həmrəy olacaqlar.

Әlaqәli Xәbәrlәr