Finlandiya NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyənin etirazına münasibət bildirib

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ölkəsinin NATO-ya üzvlük müraciətinə Türkiyənin etirazına münasibət bildirib.

1836882

Antti Kaikkonen paytaxt Helsinkidə bir qrup jurnalist qarşısında ölkəsinin NATO-ya üzvlük müraciəti prosesini və müdafiə qabiliyyətini qiymətləndirib.

Kaikkonen NATO-ya müraciət prosesi haqqında

“Biz bütün müttəfiqlərlə sıx dialoq qurmağı səbirsizliklə gözləyirik və prosesin sürətlə irəliləyəcəyinə ümid edirik” deyib.

Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazı ilə bağlı suala Kaikkonen NATO-nun açıq qapı siyasəti yürütdüyünü bildirib:

"Ümid edirəm ki, bu məsələ bu ayın sonunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitinə qədər həllini tapacaq. Təbii ki, nə baş verəcəyini görəcəyik, lakin mövcud vəziyyətin həllini tapmağa hazırıq". 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparan NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlıqlarının müzakirə edilməli olduğunu təkrarlayıb.

Әlaqәli Xәbәrlәr