Meymunçiçəyi virusu Avropa başda olmaqla bir çox ölkədə yayılır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa başda olmaqla bir çox ölkədə yayılan meymun çiçəyi virusunun 30 ölkədə 550 nəfərə yoluxduğunu bildirib.

1836569
Meymunçiçəyi virusu Avropa başda olmaqla bir çox ölkədə yayılır

ÜST-nin baş direktoru doktor Tedros Adhanom Ghebreyesus Təşkilatın Cenevrədəki qərargahında mətbuata verdiyi açıqlamada meymunçiçəyinin endemik olmadığını 30 ölkədə 550 hadisənin qeydə alındığına dair açıqlamaların doğru olduğunu ifadə edərək: “Araşdırmalar davam edir, lakin virusun bir çox ölkədə qeydə alınması, aşkar edilməmiş yayılma mənasını verir”. Hadisə sayı daha da arta bilər. ÜST-yə üzv ölkələr meymunçiçəyi yoluxma riski yüksək olan qruplara dəqiq məlumat verməli, “risk qrupları arasında virusun yayılmasının qarşısını almaq, sahədə çalışan tibb işçilərini virusa qarşı qorumaq üçün atılan addımları paylaşmalıdılar.



Әlaqәli Xәbәrlәr