Maqdalena Anderson: ‘‘Türkiyә ilә danışıqların davam etmәsini gözlәyirik’’

Maqdalena Andersson Türkiyə ilə görüşdüklərini və yaxın gələcəkdə konstruktiv görüşlərin və danışıqların davam etdirilməsini səbirsizliklə gözlədiklərini bildirib.

1836265
Maqdalena Anderson: ‘‘Türkiyә ilә danışıqların davam etmәsini gözlәyirik’’

İsveçin baş naziri Maqdalena Anderson Türkiyə ilə görüşdüklərini və yaxın gələcəkdə konstruktiv görüşlərin və danışıqların davam etdirilməsini səbirsizliklə gözlədiklərini bildirib.

Maqdalena Anderson paytaxt Stokholmda keçirilən konfransda iştirak edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Andersson Türkiyə ilə İsveç arasında aparılan NATO danışıqlarına toxunub.

Anderson deyib: "Biz Türkiyə ilə görüşdük və mən konstruktiv görüşlərin və danışıqların yaxın gələcəkdə davam etdirilmәsini səbirsizliklə gözləyirəm. Bu məsələdə Finlandiya ilə birlikdə hərəkət edirik".



Әlaqәli Xәbәrlәr