“Qazprom” daha iki şirkətə qaz tədarükünü dayandırdı

Rusiyanın enerji şirkəti “Qazprom” Shell Energy Europe və Danimarkanın Orsted şirkətlərinə təbii qaz tədarükünü tamamilə dayandırdı.

1835909
“Qazprom” daha iki şirkətə qaz tədarükünü dayandırdı

Rusiyanın enerji şirkəti “Qazprom” Shell Energy Europe və Danimarkanın Orsted şirkətlərinə təbii qaz tədarükünü tamamilə dayandırdı.

Bu barədə “Qazprom” açıqlama verib. “Shell Energy Europe və Danimarka mərkəzli “Orsted” şirkətləri Rusiyadan tədarük etdikləri qazın ödənişini rublla reallaşdırmağı qəbul etməyiblər. Rusiya Aprelin 1-dən tutmuş satdığı qazın ödənişinin rublla edilməsini şərt qoşub. Lakin Shell Energy Europe və Orsted şirkətləri buna əməml etməyiblər. Bu səbəbdən hər iki şirkətə təbii qaz nəqli bu gündən etibarən tamamilə dayandırılıb.

Yada salaq ki, Qazprom daha əvvəl də rublla ödəniş etmədikləri səbəbi ilə Polşa, Bolqarıstan, Finlandiya və Hollandiyaya təbii qaz nəqlini dayandırmışdı.



Әlaqәli Xәbәrlәr