Yaponiya Baş naziri Kişida Fumio bir sıra ölkәnin Baş naziri ilә görüşüb

Yaponiya hökuməti Tailand, Vyetnam və Sinqapur hökumətlәrinin nümayəndələri ilə ikitərəfli və regional münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib.

1833434

Yaponiyanın baş naziri Kişida Fumio ölkəsində səfərdə olan Tailandın baş naziri Prayut Çan-o-ça ilə görüşüb.

Kişida deyib ki, beynəlxalq ictimaiyyət fevralın 24-dən etibarәn  Ukraynaya qarşı hücumlarını davam etdirən Rusiyaya qarşı birgә mövqe nümayiş etdirmәlidir.

Liderlәr Ukraynada status-kvonun güc yolu ilə dəyişdirilməsi cəhdlərinin qәbuledilmәz olduğunu ifadә ediblәr.

Prayut müharibənin әn qısa müddәtdә sona çatdırılmasının vacibliyini vurğulayıb.

Kişida ilə Sinqapurun Baş naziri Li Hsien Loong arasında baş tutan görüşdә isә әtraflı әmәkdaşlıq imkanları müzakirә olunub.

Baş nazir Li Amerika Birləşmiş Ştatlarının həftə ərzində Yaponiyanın paytaxtı Tokioda təqdim etdiyi Hind-Sakit Okean İqtisadi Çərçivəsini  alqışladıqlarını söyləyib.

Tokioda sәfәrdә olan Vyetnam Baş nazirinin müavini Pham Binh Minh isә Yaponiya xarici işlәr naziri Hayaşi Yoşimasa ilә görüşüb. Tәrәflәr ikitәrәfli әmәkdaşlığı güclәndirmәk mövzusunu müzakirә ediblәr.

Әlaqәli Xәbәrlәr