Moldvanın keçmiş prezident xəyanət və korrupsiya ittihamı ilə saxlanılıb

TRT-nin xəbərinə görə bu barədə məlumatı mayın 24-də Moldova Baş Prokurorluğunun sözçüsü Marianna Körpek verib.

1832122
Moldvanın keçmiş prezident xəyanət və korrupsiya ittihamı ilə saxlanılıb

Moldovanın keçmiş prezidneti İqor Dodon dövlət xəyanəti ittihamı ilə cinayət işi çərçivəsində 72 saatlıq saxlanıb.

İqor Dodon biznesmen Vladimir Plahotnyukdan rüşvət almaqda şübhəli bilinir.

Xatırladaq ki, bir müddət əvvəl İqor Dodon barədə cinayət işi başlanılıb.

Cinayət işinə əsas kimi Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plahotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videoyazıları dayanıb. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntülərdən görünüb ki, Plahotnyuk Dodona iri qara paket verir. Söhbətdən aydın olub ki, paketdə o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.



Әlaqәli Xәbәrlәr