İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli ölüb

İsrail әsgәrlәrinin işğal altındakı İordan çayının qәrb sahilinin  Nablus  şәhәrindә fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli hәyatını itirib.

1832304

Bu barәdә Fәlәstin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda İsrail әsgәrlәrinin Nablus şәhәrinә basqın tәşkil etdiyi bildirilib.

Fәlәstin Qızıl Aypara Cәmiyyәti Nablus şәhәrindә fәlәstinlilәr ilә İsrail әsgәrlәri arasında baş verәn qarşıdurma nәticәsindә 100 nәfәrin yaralandığını açıqlamışdı.

Hadisә nәticәsindә 2 nәfәrin hәqiqi, 19 nәfәrin dә rezin güllә ilә yaralandığını açıqlayan Fәlәstin Qızıl Aypara Cәmiyyәti digәr şәxslәrin isә İsrail әsgәrlәri tәrәfindәn atılan gözyaşardıcı qazdan zәhәrlәdiyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr