Fələstinin baş naziri Mövlud Çavuşoğlunun ölkəsinə etdiyi səfərə münasibət bildirib

Fələstinin Baş naziri Məhəmməd İştiyye xarici işlər naziri Mövlud Çavuşoğlunun Fələstinə səfərindən böyük məmnunluğunu ifadə edib.

1831559
Fələstinin baş naziri Mövlud Çavuşoğlunun ölkəsinə etdiyi səfərə münasibət bildirib

Fələstinin Baş naziri Məhəmməd İştiyye xarici işlər naziri Mövlud Çavuşoğlunun Fələstinə səfərindən böyük məmnunluğunu ifadə edib.

Davos Zirvəsi olaraq da tanınmış Dünya İqtisadi Forumu üçün İsveçrənin Davos qəsəəsində olan Fələstinin Baş naziri Məhəmməd İştiyye açıqlama verib.

Çavuşoğlunun mayın 24-25-də Fələstin və İsrailə səfər edəcəyini bildirən İştiyye səfər zamanı siyasət və əməkdaşlıq sahəsində Fələstin-Türkiyə məsləhətləşmələrinin aparılacağını bildirib.

Məhəmməd İstiyye "Biz (Çavuşoğlunu) bir dost olaraq səmimiyyətlə salamlayırıq. Bu səfər əməkdaşlıq üçün yeni sahələr açmaqda davam etmək üçün vacibdir. Çavuşoğlunun səfərindən çox məmnunuq və o, ən yaxşı şəkildə qonaq ediləcək" deyib.

İştiyye Çavuşoğlunun Fələstin prezidenti Mahmud Abbas tərəfindən qəbul ediləcəyini və Fələstin xarici işlər naziri Riyad əl-Maliki ilə ikitərəfli görüşün planlaşdırıldığını bildirib.

Fələstinin Baş naziri İştiyye Çavuşoğlunun İsrailə səfəri ilə bağlı isə, "Bu, Türkiyənin öz daxili işidir. Başa düşürük ki, Türkiyənin beynəlxalq münasibətləri yenidən dizayn etməyə ehtiyacı var" deyib.

"Türkiyə Fələstini, fələstinlilərin hüquqlarını və müstəqil Fələstin dövlətini qətiyyətlə dəstəkləyir. Həmçinin Türkiyə daim işğala son qoymağa (İsrail tərəfindən) çağırış edir. Ona görə də hər bir tədbir işğalın sona çatdırılması və paytaxtı Qüds olan müstəqil suverən bir dövlətin yaradılması istiqamətində olmalıdır",-deyə Fələstinin baş naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr