Dünya İqtisadi Forumu (DİF) öz işinə başladı

Dünya İqtisadi Forumu (Davos Sammiti) iki il fasilədən sonra İsveçrənin Davos şəhərində keçirilir.

1830612
Dünya İqtisadi Forumu (DİF) öz işinə başladı

Xatırladaq 2020-ci ilin yanvar ayında 50-ci dəfə keçirilən Forum epidemiya səbəbindən iki il dalbadal təxirə salınıb və alternativ onlayn görüşlər keçirilib.

İlk dəfə Yanvar ayından fərqli bir tarixdə keçirilən Forumda 50 dövlət lideri, 300 hökumət nümayəndəsi və 2500-ə yaxın qlobal biznes rəsmisinin iştirakı gözlənilir.

Məlamata görə sammit çərçivəsində 23-26 may tarixlərində “Açıq Forum” adı ilə əlavə tədbirlər keçiriləcək.

Sammitdə Covid-19 epidemiyasının təsirləri, Rusiyanın 24 fevraldan bəri Ukraynanı işğal etməsi və Avropada sülh üçün çoxtərəfliliyin rolu müzakirə olunacaq

Mayın 26-da başa çatacaq olan Dünya İqtisadi Forumun builki toplantısının mövzusu “Dönüş nöqtəsində tarix; Hökumət siyasətləri və iş dünyası strategiyaları” olaraq müəyyən edilib.

Forum məqsədinin “dünyanın vəziyyətini yaxşılaşdırmaq” olduğunu irəli sürsə də son illər bu məqsədə nail olmaq üçün lazımlı addımları atıb atmadığı mübahisə mövzusu dolub.

 



Әlaqәli Xәbәrlәr