ABŞ-da qasırğa can aldı

ABŞ-ın Miçiqan ştatında gözlənilmədən baş verən qasırğa üç gün ərzində həyatı ifliç etdi.

1830568
ABŞ-da qasırğa can aldı

TRT xəbər verir ki, qasırğa nəticəsində 2 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Qasırga Miçiqan ştatının Qaylord qəsəbəsində evlərin damlarını uçurub, fərdi biznesə ziyan vurub.

4200 nəfərin yaşadığı qəsəbədə sürəti saatda 225 kilometr olan qasırğada 2 nəfər həyatını itirib, 40-dan çox insan isə yaralanıb.

 



Әlaqәli Xәbәrlәr