Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

1829682
Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 28 200  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 200 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 204 təyyarə, 168 helikopter, 1263 tank, 3 090 zirehli döyüş maşını, 596 artilleriya qurğusu, 93 hava hücumundan müdafiə sistemi, 200  reaktiv yaylım atəş sistemi, 2162 avtomobil texnikası, 13 gәmisi, 76 yanacaq çәni vә 460 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr