Lloyd Ostin vә Sergey Şoygu arasında telefon danışığı olub

Amerika Birlәşmiş Ştatları müdafiə naziri Lloyd Ostin və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

1826784
Lloyd Ostin vә Sergey Şoygu arasında telefon danışığı olub

 

Amerika Birlәşmiş Ştatları müdafiə naziri Lloyd Ostin və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu barәdә ABŞ Müdafiә Nazirliyinin sözçüdü Con Kirbi mәlumat verib.

Con Kirbi bildirib ki, Lloyd Ostin həmkarını Ukraynada dərhal atəşkəs elan etməyə çağırıb və kommunikasiyanın qorunmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, tərəflər arasında sonuncu telefon danışığı fevralın 18-də baş tutub.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb. Hәmin tarixdәn etibarәn davam edәn müharibә sәbәbindәn ABŞ vә Avropa ölkәlәri rәsmi Moskvaya bir sıra sanksiyalar tәtbiq edib.

 

 



Әlaqәli Xәbәrlәr