Şimali Makedoniyada "Swift Response 22" hərbi təlimi

Şimali Makedoniya İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1826248
Şimali Makedoniyada "Swift Response 22" hərbi təlimi
makedonya swift response 22 tatbikat.jpg
makedonya swift response 22 tatbikat.jpg
makedonya swift response 22 tatbikat.jpg

 

  Şimali Makedoniyanın Krivolak hərbi təlim mərkəzində "Swift Response 22" adlı manevr keçirilir.

  Hərbi təlim çərçivəsində 12 mayda ölkə başçısı, Şimali Makedoniya prezidenti Stevo Pendarovski və digər rəsmilər iştirak ediblər.

  NATO ölkələri Albaniya, Yunanıstan, İtaliya, İngiltərə, Şimali Makedoniya, ABŞ, Fransa və Monteneqro silahlı qüvvələrinin təlimdə 4600 şəxsi heyəti, 45 döyüş və yük təyyarəsi, o cümlədən helikopterləri iştirak edir.

  Şimali Makedoniyanın ev sahibliyi ilə mayın 20-dək davam edəcək təlimlər çərçivəsində 700-dən çox paraşütlə tullanma olacaq.

  Şimali Makedoniya İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, hərbi təlim həm də ABŞ-ın quru qüvvələrinin Avropadakı hava-desant qüvvələri ilə yanaşı, Avropa və Afrikada sürətlə yerləşdirmə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.

  Hərbi manevrləri izləyən Şimali Makedoniya prezidenti S.Pendarovski bu təlimin NATO-nun kollektiv hazırlığını nümayiş etdirdiyini, eyni zamanda, Şimali Makedoniyanın da öz imkan və bacarıqlarını nümayiş etdirməsi üçün fövqəladə bir fürsət olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr