BMT: Bir vaxtlar tam inkişaf etmiş olan şəhər indi xarabalığa çevrilib

Mişel Baçelet Rusiya qoşunları tərəfindən mühasirəyə alınan Ukraynanın Mariupol şəhəri üçün “Bir vaxtlar tam inkişaf etmiş bir şəhər olan yer indi xarabalığa çevrilib” deyib.

1826070
BMT: Bir vaxtlar tam inkişaf etmiş olan şəhər indi xarabalığa çevrilib

Birləşmiş Millətlər Təşkilatının (BMT)  İnsan Hüquqları Təşkilatı üzrə Ali Komissar Mişel Baçelet Rusiya qoşunları tərəfindən mühasirəyə alınan Ukraynanın Mariupol şəhəri üçün “Bir vaxtlar tam inkişaf etmiş bir şəhər olan yer indi xarabalığa çevrilib” deyib. 

Baçelet BMT İnsan Haqları Şurasının Ukrayna üzrə xüsusi iclasında Rusiyanın fevralın 24-də Ukraynada başladığı müharibənin mülki insanlara vurduğu ziyana toxunub.

Baçelet mülki əhalinin ən çox təsirləndiyi Mariupolda insanların ağlasığmaz qorxu içində yaşadığını bildirib:

"Bir vaxtlar inkişaf etmiş şəhər indi xarabalıqdır. Tələfat və dağıntıların mənzərəsi aydınlaşdıqdan sonra Mariupolda mülki əhalinin ölümlərinin minlərlə sayılacağını təxmin edirik".

Azovstal sənaye məhəlləsində şiddətli toqquşmaların davam etdiyini qeyd edən Baçelet Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin səyləri sayəsində 500-dən çox mülki şəxsin oradakı polad zavodundan təxliyə olunmasından məmnunluğunu ifadə edib.

Mişel Baçelet "Rusiya əsgərlərinin mülki şəxsləri zorladığı" iddialarına da toxunaraq “Ofisimiz ölkə daxilində onlarla zorlama hadisəsini təsdiqləyib və digər iddiaları araşdırmaqda davam edir” deyib. 

Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Japarova da onlayn danışaraq deyib ki, Rusiyanın mənim ölkəmə hücumları hamımıza qarşı müharibədir.

Japarova bildirib ki, 500 mindən çox ukraynalı qaçaqmalçılıq yolu ilə Rusiya sərhədinə gətirilib və onların taleyi məlum deyil:

“Rusiyanın cinayət siyahısı kifayət qədər genişdir, xüsusilə işgəncə, zorlama və itkin düşmələr”. 

Aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasının üzvlüyündən çıxarılması ilə əlaqədar Rusiya nümayəndə heyəti iclasda iştirak etməyib.



Әlaqәli Xәbәrlәr