Yunanıstan prezidenti Katerina Sakelaropulu: ‘‘Türkiyә ilә dialoq aparmaq istәyirik’’

Yunanıstan prezidenti Katerina Sakelaropulu ölkəsinin Türkiyə ilə dialoq aparmasının tərəfdarı olduğunu bəyan edib.

1825600

Yunanıstan dövlət telekanalı  ERT-yə müsahibə verən Sakelaropulu beynəlxalq hadisələr və Yunanıstanın xarici siyasəti ilə yanaşı daxili məsələləri qiymәtlәndirib.

Türkiyə və Yunanıstanın iki qonşu ölkə olduğunu vurğulayan Sakelaropulu deyib: ‘‘Sülh və əmin-amanlıq dövrlərindən keçdik. Qonşuların bir-birinə ehtiyacı var. Bu yaxınlarda Meriçdə və Egeydə gördüyümüz kimi çәtin günlərimiz  dә oldu. Düşünürəm ki, Yunanıstan dialoq yaratmaq istәdiyini yaxşı ifadә edir. Biz dialoq aparmaq istəyirik. Qonşularımızla dialoqumuz olmalıdır”.

Әlaqәli Xәbәrlәr